Bayden çinli həmkarı ilə 2 saatdan çox danışdı

29-07-2022, 08:34           
Bayden çinli həmkarı ilə 2 saatdan çox danışdı
ABŞ Prezidenti Co Bayden və çinli həmkarı Si Cinpin arasında telefon danışığı olub.

Bu haqda Ağ Ev məlumat yayıb.

Verilən açıqlamaya görə, onlar arasında Vaşinqtonda yerli vaxtla 08.33-də başlayan telefon danışığı saat 10:50-də başa çatıb.
Baydenin vəzifəyə gəldikdən sonra Si ilə keçirdiyi 5-ci görüşdə iki ölkə arasındakı əlaqələr müzakirə edilib.

Ağ Ev görüşün təfərrüatları haqda hələ açıqlama verməyib.

Qeyd edək ki, Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfəri son vaxtlar iki ölkə arasında gərginliyə səbəb olub./qafqazinfo.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru