Zelenski taxıl daşınmasına nəzarət üçün Odessa limanına gəlib - FOTO

29-07-2022, 15:50           
Zelenski taxıl daşınmasına nəzarət üçün Odessa limanına gəlib - FOTO
Zelenski taxıl daşınmasına nəzarət üçün Odessa limanına gəlib
Ukrayna Prezidenti Vladimir Zelenski taxıl daşınması prosesinə nəzarət üçün Odessa limanına gəlib.

TEREF.AZ APA-ya istinadla xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenskinin "Facebook" hesabında bildirilib.

"Biz Ukrayna taxılını ixrac etməyə hazırıq, tərəfdaşlarımızdan daşımaların başlanması ilə bağlı siqnallar gözləyirik. Qlobal ərzaq təhlükəsizliyinin qarantı olaraq qalmaq bizim üçün vacibdir. Kimsə Qara dənizi bağlayaraq başqa xalqların canını alarkən biz onların xilası üçün çalışırıq", - Zelenski bildirib.

Qeyd edək ki, Zelenski ilə yanaşı limana G7 ölkələrinin səfirləri də gəlib.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru