İranda üç qadın edam olundu: Aralarında "uşaq gəlin" də var

29-07-2022, 17:10           
İranda üç qadın edam olundu:
İran İnsan Haqları (IHRNGO) qeyri-hökumət təşkilatı çərşənbə günü Sənəndəc mərkəzi həbsxanasında həyat yoldaşını öldürməkdə günahlandırılan 3 iranlı qadının edam olunduğunu açıqlayıb.

Teleqraf.com xəbər verir ki, edam olunanlar arasında “uşaq gəlin” kimi təqdim edilən Şoheylə Abedin də var.

Edam iyulun 27-də icra olunub.

Şoheylə Abedin 26 yanvar 2015-ci ildə ərini qətlə yetirməkdə ittiham olunub.

Məhkəmə qətlin səbəbini ailə münaqişəsi kimi göstərib. Məlumatlı mənbələrə görə, Şoheyla 15 yaşında ailə qurub və 10 il sonra qətl törədib.

Qeyri-hökumət təşkilatının hazırladığı hesabata əsasən, 2010-2021-ci illər arasında İranda 164 qadın edam edilib. 164 qadından 6-nın “uşaq gəlin” olduğu vurğulanıb.

İran qadınların ən çox edam edildiyi ölkələr sırasındadır












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru