İspaniyanın baş naziri insanları enerjiyə qənaət üçün qalstukdan imtinaya çağırdı

30-07-2022, 10:15           
İspaniyanın baş naziri insanları enerjiyə qənaət üçün qalstukdan imtinaya çağırdı
İspaniyanın Baş naziri Pedro Sançez nazirləri, rəsmiləri və biznes liderlərini çox zərurət olmadıqca qalstuk taxmamağa çağırıb. Onun fikrincə, istidə bu yolla kondisionerlərin istismarına sərf olunan elektrik enerjisinə qənaət etmək olar.

Bununla bağlı “Europa Press” agentliyi məlumat yayıb.

Sançesin özü də cümə günü mətbuat konfransına qalstuksuz gəlib. O qeyd edib ki, bu yolla kondisionerdən istifadəni azaltmaqla bağlı nümunə göstərir.

“Mən qalstuk taxmamışam. Mən bütün nazirlərdən, məmurlardan və özəl sektorun nümayəndələrindən ehtiyac olmadıqca qalstukdan istifadə etməmələrini xahiş etmişəm”, - deyə Sançes qeyd edib.

Mənbə: MK.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru