Latviya yalnız Moskvanın Ukraynaya hərbi təcavüzünü qınayan rusiyalıları ölkəyə buraxacaq

30-07-2022, 10:34           
Latviya yalnız Moskvanın Ukraynaya hərbi təcavüzünü qınayan rusiyalıları ölkəyə buraxacaq
Latviyaya daxil olan Rusiya Federasiyası vətəndaşlarından bu ölkənin Ukraynadakı əməliyyatlarını pisləyən sənəd imzalaması tələb olunur.

Bu barədə Latviyanın Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb.

Bildirilir ki, sərhəddə yoxlamaların məqsədi Rusiyanın Ukraynada müharibəsini dəstəkləyən və “Latviyanın milli təhlükəsizliyinə təhdid yarada biləcək” şəxslərin müəyyən edilməsidir. “Yoxlamalar zamanı, məsələn, vaxtilə Rusiya və ya Belarusun güc strukturlarında xidmət etmiş əcnəbilərə xüsusi diqqət yetirilir”, - deyə dövlət təhlükəsizlik xidmətindən bildirib.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru