Nyu-York meri ABŞ-da maliyyə böhranının başlandığını bəyan etdi 30-07-2022, 12:25 “ABŞ böyük maliyyə böhranının ortasındadır”.Bu barədə Nyu-York meri Erik Adams Steyten-Aylenddə keçirilən tədbirdə bildirib.“Uoll-strit dağılır və biz elə bir maliyyə böhranı içindəyik ki, təsəvvür belə edə bilməzsiniz”, - deyə o qeyd edib.Adamsın açıqlamaları ABŞ Prezidenti Co Baydenin ölkə iqtisadiyyatında hər şeyin yolunda getdiyinə dair sözləri ilə kəskin ziddiyyət təşkil edib.Mənbə: İzvestiya Facebook-da paylaş