UKRAYNA QASPARYANI AXTARIŞA VERDİ – “Ukraynanın denasifikasiyası” fikrini ilk ortaya atan erməni imiş

30-07-2022, 09:42           
UKRAYNA QASPARYANI AXTARIŞA VERDİ –
Ukrayna Milli Təhlükəsizlik Xidməti rusiyalı politoloqlar Armen Qasparyan və Timofey Sergeytsevi beynəlxalq axtarışa verib.

“AzPolitika.info” Ukrayna mətbuatına istinadla xəbər verir ki, Qasparyanla Sergeytsevə qarşı Ukrayna Cinayət Məcəlləsinin üç maddəsi üzrə ittiham irəli sürülüb.

Xəbərdə qeyd olunur ki, Putinin və ətrafındakıların tez-tez istifadə etdiyi “Ukraynanın denasifikasiyası” terminini ilk olaraq gündəmə gətirən məhz Armen Qasparyan olub.

O, hələ 2018-ci ildə nəşr etdirdiyi “Ukraynanın denasifikasiyası. Dərs çıxarmayan ölkə” adlı kitabında Ukrayna dövlətçiliyinin əleyhinə çıxıb və Rusiyanı bu ölkəyə qarşı hərbi hücuma keçməyə çağırıb. Məhz bu mikrob görünüşlü canlı ilk dəfə “denasifikasiya” ifadəsini gündəmə gətirərək, onu Ukraynaya qarşı tətbiq edib.

Putin isə həmin ifadədən Ukraynaya qarşı işğalçılıq müharibəsində saxta bəhanələrdən və məqsədlərdən biri kimi istifadə edib. Ukraynanın beynəlxalq axtarış qərarından sonra Qasparyan artıq Avropaya və digər sivil ölkələrə səfər edə bilməyəcək.

Onu da qeyd edək ki, Qasparyan Rusiyanın mərkəzi təbliğat kanallarında daim Azərbaycan əleyhinə təxribatçı mövqeyi və çıxışları ilə seçilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru