ABŞ institutu: "Rusiya nümayəndələri "referendum"a hazırlıq üçün Ukraynaya göndərilib"

30-07-2022, 11:15           
ABŞ institutu:
“Hakim Vahid Rusiya Partiyasının üzvləri Ukraynaya göndərilib. Məqsəd həmin ərazilərin ilhaqı ilə bağlı “referandum” keçirilməsinə hazırlıqdır”.

“Report” xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.

“Amma Ukraynanın işğal olunmuş Xersona əks-hücumu “referandum” cəhdlərinə mane ola bilər. Bu əks-hücumların Xersonun ilhaqı və sakinlərə pasport paylanmasını ləngitməsi mümkündür”, - təşkilatdan bildirilib.

Qeyd edək ki, daha əvvəl ABŞ-ın Müdafiə Nazirliyi (Pentaqon) Ukraynanın Xerson istiqamətində müəyyən uğurlar əldə etməsinə dair məlumat yaymışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru