ABŞ müharibə başlıyandan bəri 100 mindən çox ukraynalı qəbul edib

30-07-2022, 12:59           
ABŞ müharibə başlıyandan bəri 100 mindən çox ukraynalı qəbul edib
“Son 5 ay ərzində ABŞ 100 mindən çox ukraynalını qəbul edib”.

“Reprot” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin məlumatında deyilir.

Bildirilir ki, Prezident Cozef Bayden Rusiya işğalından xilas olmağa çalışan 100 min ukraynalıya və digər şəxslərə sığınacaq verməklə bağlı öhdəlik götürüb: "Bu, “Uniting for Ukraine” proqramı da daxil olmaqla, bir sıra proqramlar vasitəsilə həyata keçirilir”.

Xatırladaq ki, “Uniting for Ukraine” proqramı ABŞ-da maliyyə yardımı göstərəcək şəxsə malik olan, həmçinin bir sıra digər şərtləri yerinə yetirən ukraynalıların 2 ilədək ölkə ərazisində qalmasını nəzərdə tutur. Proqram aprel ayından etibarən həyata keçirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru