Bu ölkə də eynicinsli cütlüklərin nikahına icazə verdi
31-07-2022, 08:24
Daha bir ölkədə eynicinsli cütlüklərin nikahı qanuniləşdirilib.
Andorra Parlamentində eynicinsli cütlüklərin evlənməsi ilə bağlı qanun layihəsi səsverməyə çıxarılıb.
Qanun səsçoxluğu ilə qəbul edilib. Qanunun qüvvəyə minməsi üçün həmşəhzadələr – Fransa prezidenti Emmanuel Makron, Urgel yepiskopu Joan Enrik Vives və Siciliya imzalamalıdırlar.
Qeyd edək ki, bundan əvvəl Sloveniyada da eynicinslilərin evlənməsinə qanuni şəkildə icazə verilib.
2021-ci ilin rəsmi hesablamalarına görə, 34 ölkə öz konstitusiyalarına eynicinsdən olan cütlüklər arasında nikahın qarşısını almağa yönəlik maddələr daxil edib.