KİV: İvanişvili onu Baş nazir təyin edəcək

31-07-2022, 09:54           
KİV: İvanişvili onu Baş nazir təyin edəcək
Hakim "Gürcü Arzusu" partiyasının təsisçisi və keçmiş Baş nazir Bidzina İvanişvili İrakli Qaribaşvilinin yerinə vəkili Viktor Kipianini hökumət başçısı təyin etmək istəyir.

Publika.az xəbər verir ki, bu barədə "TvPirveli" məlumat yayıb.

Belə ki, bu vəziyyətin hakim komanda da qalmaqal yaratdığı və bir sıra qısqançlıq ortaya çıxardığı deyilir.

Sözügedən telekanala xüsusi müsahibəsində Viktor Kipiani Gürcüstanın necə olması gərəkdiyini və plan yazdığını da inkar etməyib.

"Hər ikinci gürcü siyasətə doğuşdan baxır",-deyən hüquqşünas qeyd edib:

"Bütün dövlət qurumları bir növ xidmət təminatçısına çevrilməlidir. Məsələn, Parlament. Xidmət təminatçısı olan bir qurumdur. Xidmət təminatçısı nə deməkdir? Bu, vətəndaşda siyasi proseslərin bərabərhüquqlu iştirakçısı olması hissini vermək deməkdir".

Viktor Kipiani deyib ki, yeganə narahatlığım hüquq məsləhətçisi kimi mənim tərəfimdən onun [Bidzina İvanişvili] gözləntilərini mümkün qədər doğrultmaqdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru