İsveçdə mütəmadi elektrik kəsilməsi barədə xəbərdarlıq edildi

31-07-2022, 11:44           
İsveçdə mütəmadi elektrik kəsilməsi barədə xəbərdarlıq edildi
İsveçin elektrik şəbəkəsi operatoru “Svenska kraftnät” qışda mümkün elektrik kəsilməsi barədə xəbərdarlıq edib.

Şənbə günü şirkətin baş strateqi Niklas Damsqard bəyan edib ki, bu qış bir şey ola bilər.

Onun sözlərinə görə, hadisələr Ukraynadakı vəziyyətin enerji bazarına göstərəcəyi təsirdən asılı olacaq.

Damsqard bildirib ki, bütün enerji sistemində qəzaların baş verməməsi üçün bəzi istehlakçıların “işıqsız oturmaq məcburiyyətində qalması” mümkündür. Belə halların nə qədər davam edəcəyi isə hələ aydın deyil.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru