Zelenski Donetskdə məcburi təxliyə əmri verib

31-07-2022, 09:28           
Zelenski Donetskdə məcburi təxliyə əmri verib
Ukrayna prezidenti Vladimir Zelenski şiddətli döyüşlərin getdiyi Donetsk vilayətində insanların məcburi təxliyəsinə göstəriş verib.

APA xəbər verir ki, bu barədə ukraynalı lider videomüraciət ünvanlayıb.

Zelnski bildirib ki, Donbass bölgələrində yüz minlərlə insan yaşayaır.

“Yüz minlərlə insan, on minlərlə uşaq var. Çoxları getməkdən imtina edir. Bunu həqiqətən etmək lazımdır. Bu nə qədər tez baş verərsə, Donetsk bölgəsini nə qədər çox insan tərk edərsə, rus ordusunun sizi öldürməsi üçün fürsəti bir o qədər az olacaq. Əgər belədirsə, lütfən, döyüş bölgələrində qalanlarla danışın. Xahiş edirəm, onları bölgəni tərk etməli olduqlarına inandırın”,- deyə Zelenski bildirib.

Ukrayna lideri bölgəni tərk edən sakinlərə kompensasiya veriləcəyini də vurğulayıb.

Digər tərəfdən, yerli KİV-in məlumatına görə, baş nazirin müavini İrina Vereşçuk bildirib ki, bölgənin təbii qaz ehtiyatları məhv edilib.

Buna görə də təxliyə qış başlayana qədər aparılmalıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru