Ukrayna taxılı ilk bu ölkəyə gedəcək

31-07-2022, 12:28           
Ukrayna taxılı ilk bu ölkəyə gedəcək
Türkiyənin təşəbbüsü ilə həyata keçirilən taxıl dəhlizi planı işə başlayıb.

Axar.az xəbər verir ki, bu barədə Haber 7 xəbər verir.

Məlumata görə, gəmi qarğıdalı ilə yüklənib. 16 gəmi konvoyla yola düşəcək. Gəmilərin ilk dayanacağı İstanbul olacaq. Gəmilər yola çıxdıqları andan etibarən PUA və peyklər tərəfindən izləniləcək.

Boş və taxıl olmayan gəmilərin limanlardan çıxmasına icazə verilməyəcək.

İlk taxıl gəmisinin aclıqla üz-üzə qalan Somaliyə göndərildiyi bildirilib.

Qeyd edilir ki, Ukrayna limanlarından gələn ilk gəminin avqustun 3-də Türkiyənin ərazi sularında olacağı gözlənilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru