Küveytdə hərbi xidmət üçün yaş həddi iki il artırılaraq 28-dən 30-a qaldırılıb.
Bu barədə Küveyt Müdafiə Nazirliyi məlumat yayıb.
Müvafiq əmri Küveytin Baş nazirinin müavini, müdafiə naziri və daxili işlər nazirinin səlahiyyətlərini icra edən Şeyx Talal Xalid əl-Əhməd əl-Sabah verib.
Nazir bildirib ki, bu qərar Küveyt xalqının əksəriyyətinin öz ölkəsinə xidmət etməsinə imkan vermək, eləcə də bütün hərbi və təhlükəsizlik qüvvələrinə qəbul şərtlərində bərabərliyə nail olmaq məqsədi daşıyır.