Xeyli sayda kənd işğaldan AZAD EDİLDİ - Ukraynadan Rusiyaya ÖLDÜRÜCÜ ZƏRBƏ

1-08-2022, 21:21           
Xeyli sayda kənd işğaldan AZAD EDİLDİ -
Ukrayna Silahlı Qüvvələri Xerson regionunun 46 yaşayış məntəqəsini azad edib.

Teref.az APA-ya istinadən xəbər verir ki, bu barədə Xerson hərbi administrasiyasının rəhbəri Dmitri Butriy bildirib.

Bununla belə, o, region tam azad edilənədək əhalini təhlükəsiz yerlərə getməyə çağırıb: “Bu gün Xerson regionunda 46 yaşayış məntəqəsi işğaldan azad edilib, onların əksəriyyəti regionun şimalında, Dnepropetrovsk ilə, azı isə cənubda, Nikolayev regionu ilə həmsərhəddir”.

Butriy qeyd edib ki, azad edilən kəndlər praktiki olaraq 90%-dək dağıdılıb və davamlı olaraq top atəşi altındadır, əhalisi isə əsasən oranı tərk edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru