İlon Maskın atası onunla fəxr etmədiyini bildirib

2-08-2022, 12:48           
İlon Maskın atası onunla fəxr etmədiyini bildirib
“SpaceX” və “Tesla” şirkətlərinin baş direktorunun atası 76 yaşlı Errol Mask oğlu ilə fəxr etmədiyini etiraf edib.

Ondan planetin ən zəngin adamı olan oğlu ilə fəxr edib-etmədiyini soruşduqda ata Mask mənfi cavab verib.

Errol Maskın dediyinə görə, böyük oğlu Elon “istədiyi qədər xoşbəxt deyil”, çünki o, “uğur qrafikindən geri qaldığını” hiss edir.

Bir müddət əvvəl sosial şəbəkələrdə dolaşan Elonun yarıçılpaq şəkillərini xatırlayan Errol oğluna pəhriz saxlamağı məsləhət görüb.

Mənbə: gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru