Xəbərdarlıq: Bəşəriyyətin məhvinə bir addım qalıb

2-08-2022, 10:07           
Xəbərdarlıq: Bəşəriyyətin məhvinə bir addım qalıb
Münaqişələr dünyanı nüvə müharibəsinə və məhvə doğru aparır.

Axar.az xəbər verir ki, bu sözləri BMT Baş katibi Antonio Quterreş deyib.

“Soyuq müharibə bitdikdən sonra göy üzündən təmizlənən buludlar yenidən toplanır. İndiyə qədər biz inanılmaz dərəcədə şanslıyıq, lakin uğur nüvə münaqişəsinə çevrilməkdə olan geosiyasi gərginliyə qarşı strategiya və ya müdafiə deyil. Dövlətlər nüvə silahı ehtiyatı saxlamaqla təhlükəsizlik axtarsalar da, bu, yeni gərginliyin artmasına şərait yaradan əsas səbəbdir”, - o bildirib.

Quterreş, həmçinin Yaxın Şərq və Koreya yarımadasındakı gərginliyə, o cümlədən Rusiyanın Ukraynaya müdaxiləsinə işarə edərək Kremlin dəfələrlə nüvə silahından istifadə ilə bağlı hədələrini xatırladıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru