Stoltenberq Zelenski ilə taxıl məsələsini müzakirə edib
2-08-2022, 17:02
NATO-nun Baş katibi Yens Stoltenberqə Ukrayna Prezidenti Vladimir Zelenski taxıl daşınması sazişini müzakirə ediblər.
Cebhe.info xəbər verir ki, bu barədə Stoltenberq sosial media hesabında yazıb.
NATO-nun Baş katibi bildirib ki, telefon danışığında Ukraynaya hərbi yardımla bərabər taxıl daşınması sazişinin tam şəkildə həyata keçirilməsinin zəruriliyi barədə danışılıb.