Britaniya iki gəmini hazır etdi: Ukraynaya göndərir

3-08-2022, 08:53           
Britaniya iki gəmini hazır etdi:
Böyük Britaniya artıq iki gəmini Ukraynaya göndərmək üçün hazırlayıb.

Axar.az xəbər verir ki, bu barədə Ukraynanın Böyük Britaniyadakı səfiri Vadim Pristayko bildirib.

“Artıq iki gəmini Ukraynaya təhvil verməyə hazırıq və danışıqlar aparırıq. Qara dənizdəki vəziyyəti nəzərə alsaq, bizə daha çox gəmi lazım olacaq. İndiki məqamda söhbət minalardan təmizləmə ilə məşğul olan gəmilərdən gedir", - o deyib.

Səfir qeyd edib ki, bunlar Ukrayna ekipajlarının artıq təlim keçdiyi ixtisaslaşdırılmış döyüş gəmiləridir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru