Poşa Dövlət seçki komitəsi 10 mayda keçirilən prezident seçkilərinin rəsmi nəticələrini elan edib.
ANS PRESS-in məlumatına görə, bu barədə qurumun saytında xəbər yayılıb.
Nəticələr isə gözlənildiyindən fərqli olub. Belə ki, bütün exit-pollar hazırda fəaliyyətdə olan prezidentin xeyrinə proqnoz versələr də, birinci turda qalibiyyət onun əsas rəqibi Ancey Dudaya nəsib olub.
Bütün bülletenlərin sayılmasının nəticəsində görə ölkənin ən böyük müxalifət partiyasının lideri Ancey Duda 34,7 faiz səs toplayıb. Hazırda fəaliyyətdə olan Polşa prezidenti Bronislav Komorovski isə 33,77 faizlə ikinci yerdə qərarlaşıb.
Komissiya nümayəndələri bildirib ki, hər iki namizəd ikinci tura keçir.
Qeyd edək ki, yerli qanunlara əsasən namizədlərin heç birinin 50 faiz səs toplaya bilməməsi ikinci turu vacib edir. Poşada prezident seçkilərinin ikinci turu mayın 24-nə nəzərdə tutulub.