Təyyarəni qəsdən qəzaya uğradıblar - 150 nəfərin ölümü ilə nəticələnən qəzanın sirri

12-05-2015, 09:21           
Təyyarəni qəsdən qəzaya uğradıblar - 150 nəfərin ölümü ilə nəticələnən qəzanın sirri
Almaniyanın “Germanwings” şirkətinə məxsus A-320 təyyarəsinin qəzaya uğraması qabaqcadan planlaşdırılıb. Fransanın Alp dağlarında martın 24-də qəzaya uğrayan təyyarənin hər iki qara qutusu Parisdə ekspertlər tərəfindən araşdırılıb.

Axar.az-ın xəbərinə görə, Barselonadan Düsseldorfa uçan təyyarənin ikinci pilotu Andreas Lübitz qəza törətmək planını əvvəldən qərarlaşdırıbmış. Hətta bunun üçün o, Düsseldorfdan Barselonaya uçuş edərkən Alp dağlarının Fransa hissəsini əvvəldən müəyyənləşdirib.

Ekspertlər qeyd ediblər ki, yerli vaxtla saat 9.30-da təyyarənin hava limanı ilə əlaqəsi kəsilib. Dəfələrlə çağırışa cavab verilməyib. Hətta ekipaj komandirinin “Bu lənətə gəlmiş qapını aç!“ müraciətinə də əhəmiyyət verilməyib.

Təyyarənin sürətlə aşağı enməsi, son 30 saniyədə isə təyyarədəki sərnişinlərin təlaş içərisində bağırtılarının qara qutular tərəfindən qeydə alınması Lübitzin bilərəkdən təyyarəni qəzaya uğratdığını sübua yetirib. Qəzada 150 sərnişin həlak olub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.