İranlı komandirin ölüm səbəbi ilə əlaqədar dolaşıq məlumatlar yayıldı

12-05-2016, 00:22           
İranlı komandirin ölüm səbəbi ilə əlaqədar dolaşıq məlumatlar yayıldı
İran İnqilab Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin komandiri admiral Məhəmməd Nəzərinin Fars Körfəzində yerləşən Nezeat adlı ərazidə xidməti vəzifəsini yerinə yetirərkən infarkt keçirərək dünyasını dəyişdiyi bildirilib. Məlumata əsasən, o, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. İran mediasında yayılan bəzi xəbərlərdə isə 61 yaşlı komandirin ölüm səbəbinin döyüşlərdə həlak olması göstərilir. Mayın 10-da "Təsnim" xəbər agentliyinin saytında komandirin ölüm səbəbinin infarkt keçirməsi göstərilsə də, mayın 11-də yayımlanan digər xəbərlərdə səbəb olaraq döyüşlərdə həlak olması göstərilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.