Yaxın Şərqdə eskalasiyaya görə neftin qiyməti yüksələ bilər?

15-06-2025, 10:33           
Yaxın Şərqdə eskalasiyaya görə neftin qiyməti yüksələ bilər?
İran və İsrailin qarşıdurması nəticəsində Yaxın Şərqdə vəziyyətin daha da gərginləşməsi neftin qiymətinin 200-300 dollar/barel səviyyəsinə qalxmasına səbəb ola bilər.

TASS xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Yohan Vadeful ilə telefon danışığı zamanı İraqın xarici işlər naziri - baş nazirin müavini Fuad Hüseyn bildirib.

"Regionda münaqişənin davam etməsi və Hörmüz boğazının bağlanması ciddi iqtisadi sarsıntılara səbəb ola bilər. Hərbi əməliyyatların başlayacağı təqdirdə neftin qiyməti bir barel üçün 200-300 dollara qədər yüksələ bilər", - İraqın INA xəbər agentliyi Hüseynin sözlərindən sitat gətirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru