İsrail İranda yeraltı raket anbarını vurdu – SEPAH komandirləri ÖLDÜRÜLDÜ (VİDEO)

15-06-2025, 10:34           
İsrail İranda yeraltı raket anbarını vurdu –
İsrail Hərbi Hava Qüvvələri İranın qərb hissəsindəki yeraltı anbar və buradan buraxılan “yer – yer” və qanadlı raketlərin yerləşdiyi obyektə zərbə endirib.
Hücumun əsas məqsədi İranın raket gücünü zəiflətmək olub. Zərbə nəticəsində İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi və İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Hava Qüvvələrinin komandiri məhv edilib.

İsrail Ordusunun rəsmi nümayəndəsi komandir sözlərini belə çatdırıb:

“Biz İsrail dövlətinin vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün İran torpaqlarında milli, tarixi və mürəkkəb bir missiyanı icra etdik və bu kampaniyanın gələcək günlərinə yol açdıq.”

Hazırda İsrail İranın Bəndər-Abbas limanına da zərbələr endirməkdədir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru