Antarktidada fizika qanunlarına zidd olan sirli siqnallar aşkar edilib

Bu gün, 10:40           
Antarktidada fizika qanunlarına zidd olan sirli siqnallar aşkar edilib
ABŞ-nin Pensilvaniya Universitetinin alimləri digər ölkələrdən olan həmkarları ilə birlikdə Antarktidada müasir fizika çərçivəsində izahı mümkün olmayan anomal radiosiqnallar aşkar ediblər.

Bu barədə araşdırma "Physical Review Letters" elmi jurnalında dərc olunub.

Məlumatlar hava şarlarında yerləşdirilmiş ANITA (Antarctic Impulsive Transient Antenna) kosmik hissəcik detektoru vasitəsilə əldə edilib.

ANITA kosmik şüaların Yer atmosferi ilə qarşılıqlı təsiri nəticəsində yaranan radiodalğaları qeydə almaq üçün nəzərdə tutulub. Lakin cihaz gözlənilən, buzdan əks olunan siqnallar əvəzinə səthdən təxminən 30 dərəcə aşağı bucaq altında gələn radio impulslarını qeydə alıb.

Əvvəlcə alimlər siqnalların neytrinolardan - maddəyə asanlıqla nüfuz edən, demək olar ki, çəkisiz hissəciklərdən - qaynaqlana biləcəyini ehtimal edirdilər. Lakin təhlillər göstərib ki, aşkarlanan impulslar neytrinoların xassələrinə uyğun gəlmir.

Qara maddə də daxil olmaqla, digər fərziyyələr də sınaqdan keçirilib. Lakin "IceCube" və Pyer Oje Rəsədxanası kimi digər detektorlardan əldə edilən məlumatlar oxşar anomaliyaları təsdiqləməyib. Bu isə ANITA siqnallarını unikal və hələlik izaholunmaz edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.