Həmyerlimiz Nyu York ştatının hakimi seçilib
18-05-2016, 08:19
teref.az-nun əldə etdiyi məlumata görə həmvətənimiz Rövşən Şərifov - Nyu-York ştatında hakim seçilib. teref.az-nun əldə etdiyi məlumata görə Rövşən Şərifov Şərifov & Associates PLLC hüquq firmasının həmtəsisçisi və direktoru olub. 2002-ci ildən o Nassau dairə prokurorunun köməkçisi təyin olunub.
Nassau prokurorluğunun keçmiş prokuroru kimi, cənab Şərifov New York ədliyyə sisteminin işi daxil dəyərli məlumatlar və iş təcrübəsi əldə edib. Rövşən Şərifov narkotik cinayətləri, azyaşlı cinayətləri, quldurluq, oğurluq, ipoteka və sığorta fırıldaqçılığı, Medicaid və Medicare fırıldaqçılığı, çirkli pulların yuyulması, bank fırıldaqçılığı və sui-qəsdlərlə bağlı cinayətlərin bütün növləri daxil baxılması təcrübəsi var.
Bundan əvvəl Cənab Şərifov Baş prokuror Elliot Spitzerin New York Dövlət ofisində hüquq kargüzarı vəzifəsində çalışmışdır. O, investorların hüquqlarının müdafiəsi, New York ştaının qanunlarına qarşı fırıldaqçılıq əməllərini araşdırıb. Cənab Şərifov həmçinin Bruklində , Kings County rayon prokuroru ofisində staj keçib. Cənab Şərifov professional şahmatçıdır və rus dilini mükəmməl bilir.
teref.az