İran XİN rəhbəri: "İsrailin zərbələri İranı diplomatiya yolundan geri döndərdi"

14-06-2025, 08:16           
İran XİN rəhbəri: "İsrailin zərbələri İranı diplomatiya yolundan geri döndərdi"
İran ABŞ ilə danışıqların yeni raundu üzrə Omanla məsləhətləşir, lakin İsrailin zərbələri Tehranı diplomatiya yolundan geri dönməyə məcbur edib.

TASS xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib.

"Biz omanlı həmkarımız Bədr əl-Busaidi ilə ABŞ hökumət rəsmiləri ilə danışıqların yeni raundunun keçirilməsinə dair məsləhətləşdik, lakin İrana hücum edən və hərbi rəhbərləri, akademik elitanı öldürən İsrailin hərəkətləri bizi diplomatiya yolundan geri dönməyə məcbur edir", - deyə Əraqçi hindistanlı həmkarı Subrahmanyam Cayşankar ilə telefon danışığı zamanı bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru