Niyə Ermənistan sülh müqaviləsini gecikdirir? NATO ya qoşulmaqla İrəvan Bakı üçün hansı planlar qura bilər?

Bu gün, 08:14           
Niyə Ermənistan sülh müqaviləsini gecikdirir?
Ermənistanın Azərbaycanla sülh müqaviləsi bağlamaq üçün hər hansı ciddi addım atdığı görünmür. Günü günə, ayı aya sataraq vaxt qazanan İrəvan tərəfi əslində xarici dövlətlərlə yeni tərəfdaşlıq müqavilələri imzalayaraq silah dəstəyi və hərbi yardımlar alır və gücünü bərpa etməyə, KTMT ə ekvivalent hərbi dayaq tapmağa cəhd edir.
Həm də Ermənistan Konstitusiyasında qonşu dövlətlərə olan ərazi iddialarından əl çəkmək də daxildə mövcud olan milliyyətçi qüvvələrin maraqlarına uyğun deyil.
Baqrat Qalustanyan adlı erməni keşiş bu qüvvələrin istəklərini din ilə birləşdirərək xalqı ayağa qaldırır və Paşinyan hökümətini devirməyə çalışır. İstisna deyil ki və şübhə yoxdur ki, bu keşiş Rusiya ilə əməkdaşlıq edir və onların xüsusi tapşırığını alaraq lazım gələndə etiraz aksiyaları təşkil edir. Rusiya regionda sülhün olmaması üçün çalışan əsas ölkələrdən biridir.
Çünki, sülh müqaviləsi bağlansa Ermənistan adlanan” ölkə” NATO a qoşulacaq və alyansın strateji silahları və radiolokasiya, izləmə və kosmik nəzarət aparatları ərazisində yerləşdiriləcək ki, beləcə, Rusiyanın cənub əraziləri ABŞ ın vizual nəzarətinə keçəcək.
Həm də Azərbaycan Türkiyə ittifaq halında birləşib Turan üçün təməl daşı rolu oynaya və Rusiya daxilində Türk əsilli xalqların milli oyanışında ideoloji əhəmiyyət kəsb edə bilərlər.
İrəvanın NATO a qoşulması Azərbaycanın maraqlarına da ziddir çünki, bu hadisə gələcəkdə Bakıya qarşı ciddi mənfi situasiyalara şərait yaradacaq və ərazilərimizin yenidən suverenliyinə istər diplomatik istər hərbi yolla müdaxilə yarana bilər.
İstisna deyil ki, 2018 ci ildə Rusiya meyilli Sarkisyanın devrilməsində Qərb və ABŞ ın da Paşinyana və etirazçıların təşkilatçılarına xüsusi dəstəyi olub.
Məqsəd, regiona NATO nu gətirmək həm Rusiyaya həm İrana nəzarəti təmin etmək, Tehran Moskva arasında əsas quru əlaqələrindən biri olan bu ölkəni hərbi bazalarının yerləşdiyi əraziyə çevirərək həmin tranzit keçid xəttini ələ almaq istəyir.
Eyni zamanda, Azərbaycan və Türkiyənin getdikcə yaxınlaşması və hərbi, iqtisadi, siyasi sahədə regionda söz sahibinə çevrilməsi müstəmləkə siyasəti aparan qüvvələr üçün əsas ziddiyyətdir.
Həm də, mümkün ABŞ İran müharibəsi zamanı Rusiyadan İrana hər hansı hərbi dəstək gələrsə bu zaman əsas daşıyıcı yol da məhz Ermənistan adlanan ölkədən keçəcək deyə öncədən qarşısını almaq istəyirlər.
Qaldı ki, İrəvan NATO əməkdaşlığına - Ermənistanın NATO a qoşulması üçün əsas prinsip isə ərazi münaqişəsinin olmaması və qonşu ölkələrlə siyasi sabitlikdir. Bunun təmini üçün İrəvan çalışır və Azərbaycanla müqavilə bağlamağa Paşinyan höküməti can atır.
Məqsəd NATO a qoşulmaq ardınca qarşıdakı illərdə isə İttifaqın bir sıra ölkələrinin dəstəyinə arxalanıb Azərbaycana qarşı yenidən ərazi iddiaları qaldırmaq, təxribatlar törədib Bakını günahlandırmaq və sanksiyaların tətbiqinə beynəlxalq ictimaiyyəti çağırmaq və erməni lobbisinin köməyi ilə Ölkəmizə qarşı qətnamə və qərarların qəbulu üçün həmin qurumlarda kompaniya başlatmaq.
Regionda sülh üçün ən yaxşı variant Ermənistanın neytral ölkə statusunda qalacağına yazılı şəkildə və beynəlxalq təşkilatların və vasitəçi Ölkələrin iştirakı ilə Azərbaycanla müqavilə bağlayıb söz verməsidir. Eyni zamanda, Qərbi Azərbaycanlılar Ata Baba yurdlarına yenidən qaytarılsın milli, dini, etnik, siyasi və sosial hüquqları təmin edilsin. Yalnız bundan sonra İrəvan və Bakı arasında tam şəkildə sülhün faktiki əldə edilməsindən danışmaq olar.
Müəllif siyasi şərhçi İsa İsmayılov Elşad Oğlu
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.