Afrikada göyərtəsində 53 nəfərin olduğu təyyarə gölə düşüb - VİDEO 7-11-2022, 12:04 Tanzaniyanın “Precision Air” aviaşirkətinin sərnişin təyyarəsi Viktoriya gölünə düşüb.Bildirilir ki, təyyarədə 53 nəfər olub (49 sərnişin və 4 ekipaj üzvü).Təyyarə Tanzaniyanın inzibati mərkəzi olan Dar əs-Salam şəhərindən Afrika ölkəsinin digər şəhəri Mvanzaya uçub.İlkin məlumata görə, qəzaya fırtına və güclü yağış səbəb olub.Axtarış-xilasetmə əməliyyatı davam edir.Sərnişinlərin xeyli hissəsi artıq xilas edilib. Bununla yanaşı, 19 nəfərin öldüyü təsdiqlənib.TRT Facebook-da paylaş