TÜRKMƏNÇAY MÜQAVİLƏSİ MİLLİ FACİƏMİZDİR!

Bu gün, 16:54           
TÜRKMƏNÇAY MÜQAVİLƏSİ MİLLİ FACİƏMİZDİR!
10 fevral 1828 ci ildə Azərbaycan Rusiya İmperiyası ilə Qacarlar dövləti arasında bağlanmış "sülh" müqaviləsi ( Türkmənçay müqaviləsini imzalayan tərəflər; Rusiya tərəfindən İvan Paskeyeviç, Azərbaycan dövləti olmuş Qacarlar dövləti tərəfindən Abbas Mirzə) ilə iki yerə bölünüb. Təxminən 130 min kv km ərazizimiz, 9 xanlıq, 4 bəylərbəyliyi Rusiyaya birləşdirildi. Cənubi Azərbaycan, bütünlüklə Qacarlar dövləti (İndiki iranın bütün ərazisi) İngiltərə İmperiyasının güclü təsiri altında olsa da, Azərbaycan dövləti olaraq 1925 ci ilə qədər qalırdı. Xalqımızın başına gətirilən bu müsibətin səbəbi nə idi? Bütün bu bəlaların səbəblərini bilmək üçün bu hadisələrə və buna qədər olan tarixi hadisələrə çox qısa geosiyasi müharibələr prizmaslndan nəzər salaq. Hamıya məlumdur ki, Türk xalqları dünyanın aparıcı etnoslarından biridir. Türklər dünyanın subyekti olaraq güclü dövlətlərə sahib olublar. Dünyanın digər böyük gücləri bu amansız geosiyasi müharibələrində özlərinə birinci rəqib Türk dövlətlərini görürdülər və bizə qarşı hər zaman açıq və gizli mübarizələrdə olublar. Məkirli qüvvələr Türk dövlətlərinə qarşı ən amansız və ən iyrən müharibələr aparıblar. Açıq odlu müharibədən tutmuş, ideoloji, informasiya, hibrit və terror müharibələri ilə Türk dövlətlərinə qarşı hücumlar ediblər. Qısa olaraq qeyd edim ki, Səfəvilər dövlətimizi, Afşarlar dövlətimizi, Qacarlar dövlətimizi və Osmanlı dövlətini də həmən məkirli qüvvələr bu mühariblərlə amansızlıqla dağıdıb yox ediblər. Çox uzatmadan qayıdaq 1828 ci ildə olan geosiyasi vəziyyətə. Qacarlar dövlətimizi quran böyük hökmdar Ağa Məhəmməd Şah Qacara məkirli qüvvələr sui-qəst etdildikdən sonra, (cünki Ağa Məhəmməd Şah Qacar Rusların Gürcüstana və Şimali Azərbaycana yürüşlərinin qarşısını almaq üçün Gürcüstan üzərinə gedir və yolüsdü Şuşada gecələməli olur. Burda məkirli qüvvələr yerli satqınlarla birikdə ona gecə sui-qəst edirlər) bütün Qacarlar dövləti tam sürətlə İngiltərənin zərərli informasiya meydana çevrildi. Şimaldan isə Rusiya İmperiyası hücumlar edirdi. Şimal Xanlıqlarımızın Xanlarının çoxu Rusiyanın şirin vədlərinə aldanaraq müstəqil dövlət olmaq xülyalarına düşmüşdülər. Şimal xanlarımız mərkəzləşmiş vahid, güclü dövlətin olmasını yox, hərə özünün müstəqil dövlət olmasına çalışırdılar. Artıq cənubi Azərbaycanda da, Şimali Azərbaycanda da insanlar Rusların və İngilislərin apardığı zərərli informasiya toruna düşmüşdülər. Beyinlər vahid, güclü dövlətə qarşı zəhərlənmişdir. Xalqımız əvvəl beyinlərində özləri parçalandı, (parçaladılar) sonra da vətənimiz parça-parça oldu. (Bu hall düşmənlərin informasiya və ideoloji müharibədə tam qələbəsi idi.) Artıq hadisələrin sonunda Gəncə xanı da, İrəvan xanı da Rusların yalan vədlərinin fərqində olsalar da, Rusiyaya qarşı müharibələr aparsalar da, artıq gec idi. Onu da qeyd edim ki, Rusiyanın İrəvan qalasına qarşı 5 hücumuna qarşı İrəvan xanlığı qəhrəmanlıqla döyüşlər aparıblar. Çox təssüf olsun ki, Vətənimiz artıq parçalanmışdır. Kiçik xanlıq dövlətlə böyük İmperiyaya qalib gəlmək mümkün deyildi. Qacarlar dövlətinin şahı olmuş Müzəfərəddin Şah Qacar (1896-1909) elə oyuncaq halına salınmışdır ki, hətta 1907 ci ildə Rusiya və İngiltərə öz aralarında belə bir anlaşma da bağlamışlar ki, Qacarlar dövlətinin şimal torpaqları Rusiyanın, cənub torpaqları isə İngiltərənin təsir zonası hesab edilir. Ağa Məhəmməd şah Qacarın ölümündən sonra bütün Qacar şahları güclü və mərkəzləşdirilmiş ideoloji informasiya hücumlarının nəticəsində tam asılı "oyuncaq" şahlara çevrilmişdilər. Bax 1828 ci ildə Qacarlar dövlətimizin məğlub olmasının əsas səbəbi bu idi. Şimali Azərbaycan Rusiyanın tərkibində hansı bəlalara düçar olub, bunu hamı bilir. Şimali Azərbaycan torpaqlarımız bölüşdürüldükdən və Haylara (erməni) dövlət yaratdıqdan sonra, dünyada maraqlar üzərində aparılan geosiyasi müharibələrin sonrakı davamı nəticəsində iki dəfə müstəqilliyini qazana bilib. 1918-1920 AXC. 1991 ci ildə Xalqımız yenidən müstəqilliyini bərpa edə bildi. 33 ildir ki, Şimali Azərbaycan dövləti dünyanın güclü subyekt dövləti olaraq dünyada özünün şərəfli yerini tutub.
Cənubi Azərbaycanda isə vəziyyət İngiltərənin davamlı informasiya və ideoloji təzyiqləri ilə Qacarlar dövlətimiz tam sürətlə farslaşdırılırdı. Çünki məkirli qüvvələr yaxşı bilirlər ki, Türk dövləti heç vaxt onlar üçün oyuncaq dövlət olmayacaq. Ona görə də Türklərin halal zəhməti, döyüşləri ilə, qanları ilə qurduqları Qacarlar dövlətini ciddi cəhtlə farslaşdırırdılar. İngiltərə bu işi sonuncu Qacar şahı Əhməd şah qacarın zamanında, 1925 ci ildə ölkədə məxməri inqilab edərək başa çatdırdılar. (Əhməd şah Qacar cevriliş zamanı Fransada idi) Hakimiyyəti 4 il "şah" olmaq dərsini keçərək hazırladıqları, vaxtı ilə Russ kazarmalarında mehdər işləmiş Rzaya təhvil verdilər. Rzanı özləri üçün "şah" təyin etdilər. Cənubi Azərbaycan və bütün Qacarlar dövlətinin ərazisi olmuş, indiki İranın bütün sərhədlərini əsrlərlə qanlı döyüşlər apararaq qoruyub saxlayan, formalaşdıran Azərbaycan Türklərinin çox əsirlik hakimiyyətinə son qoyuldu. Qacarlar dövlətinin adı 1925 ci ildən 1936 cı ilə qədər "Birləşmiş Əyalətlər" kimi adlanırdı. Qacarlar kimi saxlaya bilməzdilər, çünki qacarlar Azərbaycan Türklərdir. 1936-cı ildə yenə də İngiltərənin "məsləhəti" ilə Rza "şah" fərman verərək ilk dəfə dövlətin adını "İran" kimi qoydu. Sonrakı illərdə qəhrəman Cənubi Azərbaycan xalqı 5 dəfə üsyan edib azadlıqlarını qazanmağa cəht etsələr də, hətta iki dəfə dövlət qursalar da, Farsları öz maraqları üçün hakimiyyətə gətirən qüvvələrin varisləri də sələflərinin onlara verdiyi ənənəyə sadiq qalaraq azadlıq mübarizələrimizi qan içində boğdular. Bu məkirli siyasətin davamı olaraq 1946 cıildə ikinci dünya müharibəsində qalib gələn SSRİ-i qərbi Ukraynanı, Pribaltika respublikaları ilə yanaşı Cənubi Azərbaycanı da Sovet İttifaqına birləşməsinə İngiltərə və ABŞ mane olub. (Onu da qeyd edim ki, 1945-1946 illərdə Cənubi Azərbaycanda dövlətin qrulmasında önəmli işlər görən fədakar ziyalılardan biri də İndiki Prezidentimiz İlham Əliyevin ana babası Əziz Əliyev idi)
Sonradan farslara uydurma tarix yazılsa da, Tarixin həmən dövrlərinə aid yazılarda da bu məkanın adını bilərəkdən saxdalaşdıraraq Azərbaycan Türklərinin qurmuş olduğu dövlətlərin adı ilə yox, ya İran, ya da Presiya kimi yazmağa başladılar.
Bilmək lazımdır ki, Azərbaycanı 196 il bundan əvvəl bölən məkirli güclərin varisləri, bu gün də eyni siyasəti davam etdirməkdədirlər. Böyük güclərin bu gün də Erməniləri müdafiə etməsi, İranın ya Rusiya, ya da birinci güc mərkəzinin (ABŞ, İngiltərə, qərb) təsiri altında olmasından asılı olmayaraq güclü Türk dövlətlərinin olmaması üçün müdafiə etmələri, 196 il bundan əvvəl olmuş məkirli siyasətin davam etməsi deməkdir.
İranda və dünyada hadisələrin inkişafı göstərir ki, Güney Azərbaycan xain siyasətlə əlindən alınan hakimiyyətni mütləq bərpa etməlidir və bərpa edəcək!
Tahir Alekberov
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru