Meksika Prezidentinin uçduğu təyyarə icarəyə veriləcək

12-11-2022, 10:26           
Meksika Prezidentinin uçduğu təyyarə icarəyə veriləcək
Meksika prezidentinin uçduğu “Boeing 787-8” təyyarəsi icarəyə verilmək üçün “Mexicana de Aviacion” dövlət aviaşirkətinə təhvil veriləcək.

Bu açıqlama ilə Meksika Prezidenti Andres Manuel Lopes Obrador çıxış edib.

Qeyd olunur ki, Andres Manuel Lopes Obrador hələ prezident vəzifəsinə başlamazdan əvvəl 2016-cı ildə əvvəlki hökumətin dövründə alınan “Boeing 787-8 Dreamliner” təyyarəsinin satılacağını bəyan etmişdi.

Lakin üstündən 6 il keçməsinə baxmayaraq, təyyarə üçün alıcı tapmaq mümkün olmayıb.

Bu səbəbdən dəyəri təqribən 219 milyon dollar olan təyyarənin kommersiya məqsədləri üçün istifadəyə verilməsi qərarı verilib.

Mənbə: İzvestiya












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru