Estoniya XİN-dən Polşaya dəstək: "NATO ərazisinin hər qarışını müdafiə etməyə hazırıq"

16-11-2022, 07:58           
Estoniya XİN-dən Polşaya dəstək:
Estoniya Xarici İşlər Nazirliyi Polşa ilə həmrəy olduğunu bildirib.

Bu barədə Estoniya XİN tviterdə paylaşım edib.

“Polşadan gələn son xəbərlər narahatlıq doğurur. Biz Polşa və digər müttəfiqlərlə sıx məsləhətləşmələr aparırıq. Estoniya NATO ərazisinin hər qarışını müdafiə etməyə hazırdır. Biz yaxın müttəfiqimiz Polşa ilə tam həmrəyik”, - tvitdə qeyd olunub.

Qeyd edək ki, Polşa NATO üzvüdür. NATO nizamnaməsinin 5-ci maddəsinə əsasən, əgər bir NATO üzvü silahlı hücumun qurbanı olarsa, Alyansın bütün digər üzvləri bu zorakılıq aktını bütün NATO ölkələrinə qarşı silahlı hücum hesab edəcək və hücuma məruz qalmış NATO ölkəsinə kömək etmək üçün lazım bildikləri tədbirləri görəcəklər.

Xatırladaq ki, Rusiyanın Ukraynaya etdiyi genişmiqyaslı raket hücumundan sonra bir neçə mərminin Polşa ərazisinə düşdüyü güman edilir. Hadisə nəticəsində 2 nəfər həlak olub. Olaydan sonra Polşanın Baş naziri Mateuş Moravetski “böhran vəziyyəti” ilə əlaqədar hökumətin Təhlükəsizlik və Müdafiə Komitəsinin təcili iclasını çağırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru