Pentaqon Polşa ərazisinə raket düşməsi faktına münasibət bildirib

16-11-2022, 08:25           
Pentaqon Polşa ərazisinə raket düşməsi faktına münasibət bildirib
Pentaqon “Rusiya raketlərinin Polşaya düşməsi ilə bağlı” məlumatı hələlik təsdiq və ya təkzib edə bilmir.

APA xəbər verir ki, bununla bağlı Pentaqon sözçüsü Patrik Rayder mətbuat konfransında deyib.

Pentaqonun sözçüsünün sözlırinə görə, ABŞ Müdafiə Nazirliyi Rusiya raketlərinin Polşanı vurması ilə bağlı mətbuatdakı məlumatlardan “xəbərdardır”: “Mən sizə onu deyə bilərəm ki, bu xəbərləri təsdiqləmək üçün hazırda bizim heç bir məlumatımız yoxdur və hazırda bu barədə ətraflı araşdırma aparırıq”.

"Təhlükəsizliklə bağlı öhdəliklərimizə və NATO müqaviləsinin 5-ci maddəsinə gəldikdə, mən spekulyasiya etmək istəmirəm. Lakin biz artıq aydın şəkildə bəyan etmişik ki, biz NATO ərazisinin hər qarışını qoruyacağıq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru