Misir XİN Fələstindəki parçalanmada HƏMAS-ı günahlandırıb

19-02-2024, 11:23           
Misir XİN Fələstindəki parçalanmada HƏMAS-ı günahlandırıb
Fələstinin HƏMAS radikal qruplaşmasının rəsmi olaraq tanınan Fələstin hakimiyyəti ilə heç bir əlaqəsi yoxdur.

“Report” xəbər verir ki, bunu Münxen Təhlükəsizlik Konfransında Misirin xarici işlər naziri Sameh Şükrü deyib.

Onun sözlərinə görə, HƏMAS Fələstin konsensusundan kənardadır və İsrailin mövqeyini tanımır, danışıqlara girmir və eskalasiya kursundan əl çəkmir.

Şükri həmçinin HƏMAS-ın Qəzza zolağında hakimiyyətə necə gəldiyini, hərəkatın maliyyə mənbələri ilə bağlı narahatlığını da dilə gətirib.

Diplomat hesab edir ki, bu, HƏMAS və münaqişənin sülh yolu ilə həllini müdafiə edən Fələstin qüvvələri arasında parçalanmaya səbəb olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru