İranın kiber casusları jurnalistləri və siyasi ekspertləri hədəf alır

19-02-2024, 16:25           
İranın kiber casusları jurnalistləri və siyasi ekspertləri hədəf alır
İran hökumətinin kiber casusları jurnalistləri, siyasi ekspertləri və qeyri-hökumət təşkilatlarını hədəf alıb.

Bu barədə "VOLEXITI" kiber təhlükəsizlik şirkəti məluamt yayıb.

""CharmingCypress" haker qrupu 2023-cü ilin ortalarından 2024-cü ilin əvvəlinə qədər davam edən bu əməliyyatda sosial mühəndislik üsullarından istifadə edərək bəzi beynəlxalq fəalları hədəf alıb",- məlumatda bildirilib.

İranın kiber casusları qurbanları aldatmaq üçün mürəkkəb fişinq kampaniyaları həyata keçirib, zərərli proqramların göndərilməsi mərhələsindən əvvəl onların etibarını qazanmaq üçün uzunmüddətli onlayn danışıqlar aparıblar.

visiontv.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru