Çindən gözlənilməz Rusiya bəyanatı

19-02-2024, 18:58           
Çindən gözlənilməz Rusiya bəyanatı
Çin Ukrayna-Rusiya müharibəsində münaqişə edən tərəflərə silah satmayacağını bəyan edib.

TEREF xəbər verir ki, Çin xarici işlər naziri Van Yi Münhen Təhlükəsizlik Konfransı çərçivəsində ukraynalı həmkarı Dimitro Kuleba ilə görüşüb.

Çinli nazir beynəlxalq vəziyyətin necə dəyişməsindən asılı olmayaraq, Ukrayna ilə münasibətlərini normal şəkildə inkişaf etdirmək istədiklərini bildirərək bunları deyib: "Çin münaqişə zonalarına və ya münaqişə tərəflərinə öldürücü silahlar satmayacaq".

Konfransdakı çıxışında nazir Vanq Çinin Ukrayna böhranını yaradan və onun tərəfi olmayan bir ölkə olmadığını, lakin onun müşahidəçi qalmadığını və böhrandan qazanc əldə etməyə çalışmadığını vurğulayıb.

olke.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru