Almaniya Medvedevin təhdidinə cavab verdi

20-02-2024, 10:54           
Almaniya Medvedevin təhdidinə cavab verdi
Almaniya hökuməti Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin Berlinə yönəlmiş nüvə raketləri ilə bağlı sözlərini diqqətə alıb.

Azpost.info xəbər verir ki, bu barədə Almaniya Nazirlər Kabinetinin sözçüsü Şteffen Hebeştrayt bildirib.

Onun sözlərinə görə, bu, rusiyalı siyasətçinin ilk təhdidi deyil.

“Bu, ilk təhdid deyil və biz bilirik ki, cənab Medvedev “Tviter”dən nə dərəcədə fəal istifadə edir. Biz bunu diqqətə alırıq”, – o deyib.

Medvedev Qərblə müharibə başlayarsa, Rusiyanın Kiyev, Berlin, London, Vaşinqton və digər şəhərləri vuracağını bildirib. O, Rusiya dövlətinin məhv olmaq təhlükəsi ilə üzləşəcəyi təqdirdə Moskvanın belə bir addım atmağa cəsarətinin çatacağını vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru