"Gürcüstan üçün 1,9 milyard avro səfərbər edilib" - Aİ komissarı

21-02-2024, 10:54           
"Gürcüstan üçün 1,9 milyard avro səfərbər edilib" - Aİ komissarı
"Avropa İttifaqı (Aİ) İqtisadi və İnvestisiya Planı çərçivəsində Gürcüstan üçün 1,9 milyard avro səfərbər edib".

Bu barədə Aİ-nin qonşuluq və genişlənmə danışıqları üzrə komissarı Oliver Varhelyi ittifaqın Xarici İşlər və Təhlüksizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borell və Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə mətbuata birgə açıqlamasında bildirib.

O qeyd edib ki, sözügedən vəsait enerji, nəqliyyat, kiçik və orta sahibkarlığın inkişafı, insan haqları və digər sektorlara yönəldiləcək.

Varhelyi daha sonra “X” platformasındakı paylaşımında bu vəsaitin 205 milyon avrosunu qrantların təşkil edəcəyini qeyd edib. O, Aİ maliyyəsinin eyni zamanda Qara dənizin dibi ilə elektrik enerjisi və fiberoptik internet kabelinin çəkilməsinə xərclənəcəyini qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru