İndoneziyada seçki komissiyalarının 84 üzvü ölüb

21-02-2024, 16:04           
İndoneziyada seçki komissiyalarının 84 üzvü ölüb
İndoneziyada prezident seçkisindən sonra seçki komissiyalarının 84 üzvü yorğunluq və gərgin iş səbəbindən ölüb.

Bunu ölkənin səhiyyə naziri Budi Qunadi Sadikin bildirib.

“İndiyədək ümumilikdə 84 nəfər dünyasını dəyişib”, - deyən nazir əlavə edib ki, ümumilikdə 4567 nəfərə yaxın seçki komissiyası üzvü həddən artıq işlədiyinə görə müxtəlif xəstəlik və fəsadlarla üzləşib.
Qeyd edək ki, 2019-cu ildə İndoneziyada 91 seçki məmuru ölüb, yüzlərlə adam xəstəxanaya yerləşdirilib. İndoneziya Prezidenti Coko Vidodo ölənləri “demokratiya uğrunda döyüşənlər” adlandırıb. Bu hadisədən sonra ölkədə gələcəkdə seçki komissiyası üzvlərinin iş yükünün azaldılması üçün tədbirlər görülməsi qərara alınıb.

Mənbə: lenta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru