Koreyada altı mindən çox həkim tibb universitetlərindəki kvotalara görə istefa verib

21-02-2024, 17:23           
Koreyada altı mindən çox həkim tibb universitetlərindəki kvotalara görə istefa verib
Cənubi Koreyadakı bütün stajor-həkimlər, rezidentlər və internaların yarısı (6,5 min nəfər) hakimiyyət orqanlarının universitetlərdə tibb ixtisasları üçün kvotaları artırmaq planlarına etiraz olaraq istefalarını təqdim ediblər.

Məlumata görə, 100 xəstəxanadan ən azı 6 415 həkim müraciət edib. Səhiyyə nazirinin müavini Park Min Su 757 stajor-həkimə işə qayıtmaq əmri verildiyini bildirib. Əmrin pozulması üç ilə qədər həbslə nəticələnə bilər. Səlahiyyətlilər, həmçinin lisenziyaların ləğvini də nəzərdə tutublar.
Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru