Bloomberg: Fransa Ukraynaya yardım üçün pul axtarır

22-02-2024, 10:04           
Bloomberg: Fransa Ukraynaya yardım üçün pul axtarır
Fransa Nazirlər Kabineti Ukraynaya 2024-cü il üçün vəd edilən 3 milyard avroluq yardımı təmin etmək üçün pula qənaət etməyin yollarını axtarır.
Bu barədə Bloomberg öz mənbələrinə istinadən bildirib.
Qeyd olunur ki, müdafiə, xarici işlər və maliyyə nazirliklərindən xərclərin yenidən bölüşdürülməsi və vəsait tapılması tələb olunacaq:
"Cari ilin büdcəsinə rəsmi dəyişiklik edilmədən maliyyə vəsaitinin tapılmasına cəhd edilir".
Eyni zamanda, agentliyin həmsöhbətlərindən birinin sözlərinə görə, ölkənin Silahlı Qüvvələrinin 2027-ci ilə qədər 400 milyon avro məbləğində maliyyələşdirilməsi Ukraynaya əlavə yardımın ayrılmasını çətinləşdirir.
Agentlik qeyd edir ki, Fransa hökumətinin 2024-cü il üçün ÜDM proqnozunu aşağı salmasından sonra onun seçimləri məhduddur.
Bundan əlavə, Nazirlər Kabineti daha əvvəl büdcə kəsirinin azaldılması üzrə öhdəliklərin yerinə yetirilməsi üçün 10 milyard avroya qənaət edilməsinin vacibliyini bəyan edib. Həmçinin etiraz edən fermerlərə dəstək üçün tədbirlər görməyə məcbur olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru