“İran Rusiyaya 400-ə yaxın ballistik raket ötürdü” – “Reuters”

22-02-2024, 08:38           
“İran Rusiyaya 400-ə yaxın ballistik raket ötürdü” – “Reuters”
“İran Rusiyaya 400-ə yaxın "yer-yer" tipli ballistik raket ötürüb”.
Yeniavaz.com xəbər verir ki, bu barədə altı anonim mənbəyə istinadən “Reuters” məlumat yayıb.
Agentliyin üç həmsöhbətinin sözlərinə görə, bura “Fateh-110” ailəsindən olan qısa mənzilli raketlər daxildir, onlar 300-700 kilometr məsafədəki hədəfləri vurmağa qadirdir.
Bildirilib ki, tədarüklər 2024-cü ilin yanvar ayının əvvəlində başlayıb. İran hərbi rəsmisi anonim olaraq “Reuters” agentliyinə bildirib ki, o vaxtdan bəri Rusiya Federasiyasına ən azı dörd raket partiyası çatdırılıb. O əlavə edib ki, yaxın həftələrdə daha çox tədarüklər gözlənilir.
Digər hərbçi bildirib ki, raketlər Rusiyaya Xəzər dənizi və təyyarə ilə çatdırılır:
“Daha çox təchizat olacaq. Bunu gizlətmək üçün heç bir səbəb yoxdur. İstədiyimiz ölkəyə silah ixrac etmək icazəmiz var”.
“Reuters” qeyd edir ki, oktyabr ayında BMT Təhlükəsizlik Şurasının İranın bəzi raketlər, pilotsuz təyyarələr və digər texnologiyaların ixracına məhdudiyyətlər qoyan qətnaməsinin müddəti başa çatıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru