ÜST bu ölkələrdə vəba epidemiyası elan etdi

22-02-2024, 16:34           
ÜST bu ölkələrdə vəba epidemiyası elan etdi
ÜST 15 ölkədə vəba epidemiyası elan edib.

Bu haqda təşkilatın Baş direktoru Tedros Adanhom Qebreyesus çağırış edib.

O, Cenevrədə keçirilən brifinqdə infeksiyanın vaksin çatışmazlığı fonunda yayıldığını qeyd edib.

Qebreyesusun sözlərinə görə, vəba epidemiyaları ən çox Haiti, Zambiya, Zimbabve, Sudan və Efiopiyada baş verir.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, ötən il dünyanın 30 ölkəsində 708 mindən çox vəba xəstəliyi qeydə alınıb, 4300 nəfər ölüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru