Finlandiyada uşaqlar arasında dəhşətli virus epidemiyası TÜĞYAN EDİR: Xəstəxanalar dolub

22-02-2024, 09:49           
Finlandiyada uşaqlar arasında dəhşətli virus epidemiyası TÜĞYAN EDİR: Xəstəxanalar dolub
Finlandiyada respirator sinsitial virus (RSV) epidemiyası tüğyan edir. Xəstəlik əsasən azyaşlı uşaqlar və körpələri əhatə edir.

Bu barədə yerli mətbuat Mərkəzi Finlandiya bölgəsindəki xəstəxananın həkimi Eva Aaltonenə istinadən xəbər verir.

Yanvar ayında uşaq şöbələri və təcili yardım şöbələri xəstələrlə dolu olub.

Aaltonenin sözlərinə görə, virus hazırda bütün ölkədə geniş yayılıb, lakin xəstələrin sayı son bir neçə həftə ərzində dəyişməz olaraq qalıb.

“RSV-yə yoluxma sayı dəyişir, lakin indiki epidemiya keçən ildəkindən daha güclü görünür. Xəstəliyə daha çox yoluxma halları müşahidə olunur və virus keçən qışdan daha aqressiv görünür”, - deyə həkim qeyd edib.

Virus uşaqlarda bronxiolitə - kiçik bronxların və ətrafdakı ağciyər toxumasının iltihabına səbəb ola bilər.

Mənbə: yle.fi












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru