Aİ Şurasının Prezidenti Şarl Mişellə Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Mişel “X” hesabında məlumat verib.
Onun sözlərinə görə, Zelenski ilə telefon danışığı Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsinin ildönümünə həsr olunub.
Eyni zamanda, tərəflər Krım yarımadasının işğalının 10-cu ildönümünü də müzakirə ediblər:
“Mən Aİ-nin Ukraynaya lazım olan qədər maliyyə və hərbi dəstəyini bir daha təsdiqlədim. Ukraynanın müqəddəratı Aİ-dən asılıdır”, – deyə Mişel qeyd edib.