Riqada rus yazıçılarının adını daşıyan küçələrin adları dəyişdiriləcək
23-02-2024, 13:04
Riqa Şəhər Şurası rus yazıçılarının, alimlərinin və Moskvanın adını daşıyan küçələrin adlarının dəyişdirilməsi barədə qərar qəbul edib . 32gun.az bildirirnki, bu barədə idarənin saytında məlumat verilib .
"Tezliklə Riqada Rusiya ideologiyası ilə küçə adları olmayacaq " deyə şəhərin vitse-meri Edvard Ratnieks vurğulayıb.
Artıq məlumdur ki, Puşkin, Lermontov, Turgenev, Qoqol küçələri yeni adlar alacaq. Bundan başqa, Lomonosova və Moskovskaya küçələri də bu siyahıdadır. Ratnieks qeyd edib ki, sonuncu (Maskavas) Latviya paytaxtının mərkəzində yerləşir və bu, həm yerli əhalini, həm də beynəlxalq ictimaiyyəti çaşdırır.
Küçələrin adlarının dəyişdirilməsini 60 deputatdan 38-i dəstəkləyib.Küçələrə dilçi alim Karlis Milenbax, rəssam Vilhelms Purvitisin, şair Vilis Pludonis, jurnalist Emiliya Beniamin və siyasətçi Valeriya Seylenin adı veriləcək. Vitse-merin sözlərinə görə, adların dəyişdirilməsinə təxminən 80 min avro xərcləmək niyyətindədirlər.
Bundan əvvəl Ali Radanın müvafiq komitəsi Ukraynanın Yujnoukrainsk şəhərinin adının dəyişdirilməsini dəstəkləyib .