ABŞ ordusunda yenilik: Qoşunların idarə edilməsində süni intellekt tətbiq olundu

23-02-2024, 16:14           
ABŞ ordusunda yenilik: Qoşunların idarə edilməsində süni intellekt tətbiq olundu
“ABŞ qoşunların idarəsi və onlara komandanlıq etmək üçün süni intellektə əsaslanan sistem yaradıb”.

Bu barədə Pentaqonun rəhbərinin müavini Ketlin Hiks süni intellektdən hərbi istifadəyə dair simpoziumda deyib.

O, süni intellektin Pentaqona inteqrasiyası səylərinin ABŞ-nin hərbi imkanlarını gücləndirməsinə baxmayaraq, Vaşinqtonun süni intellektlə silahlanma yarışına can atmadığını da deyib.

Hiks həmçinin kosmosun hərbi əməliyyatların tərkib hissəsinə çevrildiyini vurğulayıb.
“ABŞ-nin həyat tərzi və müharibə aparma üsulları artıq kosmosdakı gücdən asılıdır”, - deyə bildirən Hiks Moskva və Pekinin kosmosu hərbi sahəyə çevirməyə çalışdığını vurğulayıb.

Xatırladaq ki, bundan əvvəl mediada Rusiyanın kosmosda nüvə silahı yerləşdirmək planları barədə məlumatlar yayılmışdı.

Mənbə: Gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru