Böyük Britaniya Rusiyaya ixracı qadağan edilən avadanlıqların siyahısını genişləndirib

23-02-2024, 10:20           
Böyük Britaniya Rusiyaya ixracı qadağan edilən avadanlıqların siyahısını genişləndirib
Böyük Britaniya Rusiyaya ixracı qadağan edilən və Moskvanın Ukraynada hərbi əməliyyatlarda istifadə edə biləcəyi avadanlıq və texnologiyaların siyahısını genişləndirib.

Bununla bağlı siyahı Böyük Britaniyanın Xarici İşlər Nazirliyi tərəfindən dərc edilib.

Qadağaya metal emalı mərkəzləri, tokar dəzgahları, o cümlədən proqram ilə idarə olunan tokar mərkəzləri, proqram ilə idarə olunan metal frezləmə dəzgahları, yuxarıda sadalanan avadanlıqların ehtiyat hissələri və detalları daxildir.
“Rusiya bu siyahıda olan məhsullara oxşar qadağan olunmuş məhsulları sanksiyaya məruz qalmayan ölkələr vasitəsilə almağa çalışır. Müəssisələr bu riskləri nəzərə aldıqlarından əmin olmalıdır. Müəssisələr bu məhsulların son təyinatının Rusiya olmadığından əmin olmaq üçün lazımi araşdırma aparmalıdırlar”, - Britaniya Xarici İşlər Nazirliyi xəbərdarlıq edib.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru