Bu ölkə İran neftinin pulunu çayla ödədi

24-02-2024, 00:12           
Bu ölkə İran neftinin pulunu çayla ödədi
Şri-Lanka İrana tədarük etdiyi neftə görə pul ödəməyin qeyri-adi üsulunu tapıb.

"DogruXeber.az" xəbər verir ki, bu ölkə Tehrana olan 251 milyon dollar borcunu ödəmək üçün barter razılaşması əsasında 20 milyon dollar dəyərində çay ixrac edib.

Razılaşma hələ 2021-ci ildə əldə edilib, lakin onu həyata keçirmək yalnız indi mümkün olub. Məsələ burasındadır ki, İranla razılaşmalardan az sonra Şri-Lankada iqtisadi böhran başlayıb və nəticədə ölkə prezidenti Qotabaya Racapaksa istefa verib.

Bu cür barter İran üçün faydalıdır, çünki ölkə Tehrana qarşı çoxsaylı sanksiyalara görə iqtisadiyyata daxil olmaq çətin olan çay idxalına xarici valyuta xərcləməli olmayacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru